Menu
Geri İrəli

Qaz idarəsinin rəis müavininə 7 il iş

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2014 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur

3c3ee07b12ef400e631ad65dae9f9f5e

Bu gün Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Kürdəmir sakini Orxan Məmmədovun işi ilə bağlı məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, təqsirdilən şəxsə hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən ilin dekabr ayında qeydə alınıb. Beləki, Kürdəmir Qaz İstismar Sahəsinin rəis müavini Orxan Məmmədov rayon sakinlərini aldadaraq ümumilikdə onlardan 1.760 manat məbləğində pul alması məlum olub. O, sakinlərə həmin müəssisəyə işə düzəldəcəyini vəd verməklə yanaşı, rayon ərazisindən keçən qaz borusunu metal tullantısı kimi rayon sakininə 2.000 manata satmaqda, həmçinin rayon sakinləri tərəfindən qazdan istifadə ilə bağlı ödənilən 1.430 manat məbləğində pul vəsaitini mənimsəməkdə təqsirkar bilinib. O.Məmmədov Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq), 178.2.3, 178.2.4, 179.2.2 (mənimsəmə), 179.2.3 və 179.2.4 -cü maddələri ilə ittiham olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın