Menu
Geri İrəli

Qəzada ölən Sumqayıt sakini Eldar Sultanovun bacısı oğludur

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2017 • Baxış sayı: 1,644 dəfə • 1 şərh

eldar_sultanov_000Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadovidarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.

sumqayitxeber.com-un əldə etdiyi məlumata görə mərhum Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yaşayıb. Ötən il ailə quran Ramil Əliyevin 2 aylıq körpəsi var.

Allah rəhmət eləsin!

ramil3

Facebook Şərhləndirmə:

“Qəzada ölən Sumqayıt sakini Eldar Sultanovun bacısı oğludur” yazısına bir cavab

  1. Enver deyir:

    Allah rehmet elesin cox terbiyeli gozel 1 oqul idi, ruhu wad mekani cennet olsun

Şərhinizi yazın