Menu
Geri İrəli

Qobustanda istirahət mərkəzində hadisə- məktəbli öldü, xəsarət alanlar var

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 23 May 2014 • Baxış sayı: 573 dəfə • Şərh yoxdur

atreksion

APA-nın xəbərinə görə, hadisə Qobustan rayonunun “Bağbağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi atraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.Məktəbin digər şagirdi – 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın