Menu
Geri İrəli

Qonşusunu kanalizasiya xəttinə görə öldürdü

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 21 Aprel 2014 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

bicaqlayan-1

Kürdəmir rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cənub məhəlləsi küçəsində rayon sakini, 1978-ci il təvəllüdlü Emin Zeynalov qonşusu, 1956-cı il təvəllüdlü Rəhimov Möhkəm Sirac oğlunu bıçaqlayaraq qətlə yetirib.

Hadisənin qonşular arasında kanalizasiya xətti üstündə yaranmış mübahisə zəminində baş verdiyi bildirilir. E. Zeynalov saxlanılıb, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın