Menu
Geri İrəli

Qubada istirahət mərkəzində qadını boğaraq öldürən şəxs hadisə yerindən onun maşını ilə qaçıb – TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2016 • Baxış sayı: 911 dəfə • Şərh yoxdur

c8db33fe5fef5fd9e0d340e8b38be8c4Qubada istirahət mərkəzində törədilən qətlin bəzi təfərrüatları məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gediblər. Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın