Menu
Geri İrəli

Qubada xəzinə tapıldı

Müəllif: Sumqayitxeber.com • Tarix: 27 Avqust 2015 • Baxış sayı: 507 dəfə • Şərh yoxdur

9950c67ad23dee84c1aeec1026c2fa73Quba rayonunun Xaltan kəndində kiçik xəzinə aşkar edilib.

“Report” xəbər verir ki, xəzinəni uşaqlar yarıuçuq sahibsiz tikilinin ərazisində oynayarkən, divarın içindəki oyuqdan tapıblar.

Xəzinənin içində xeyli sayda gümüş pul, gümüş pullardan ibarət bir neçə boyunbağı, 1875-ci illərin müxtəlif nominasiyalı kağız pulları, təsbeh, köhnə cildli Quran, gümüş və adi xəncər və köhnə tapança olub.

Tapıntı Quba rayon Polis şöbəsinə təhvil verilib. Hazırda şöbənin Qonaqkənd bölməsinda faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın