Menu
Geri İrəli

Rusiyada azərbaycanlılar qəzaya düşdü: 1 ölü, 8 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2014 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur

qeza444

Mikroavtobus yolun qarşı tərəfinə çıxıb.

Rusiyanın Stavropol diyarı ərazisində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza bu gün səhər saat 06.00 radələrində Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda baş verib.

“Mercedes” markalı mikroavtobusun “VAZ 2113” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlardan 6 nəfəri mikroavtobusun sərnişinləri olub. Onların hamısı Azərbaycan vətəndaşıdır.

Rusiya DİN-in Stavropol diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyi İdarəsindən bildiriblər ki, Zelenokumskdan Georgiyevsk istiqamətinə hərəkət edən mikroavtobus naməlum səbəbdən yolun qarşı tərəfinə çıxıb və “VAZ 2113” avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın