Menu
Geri İrəli

Rusiyada iki azərbaycanlını öldürüb, yandıranlar tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Mart 2013 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

Moldova və Özbəkistan vətəndaşları əlvan metal alveri ilə məşğul olan Azərbaycan vətəndaşlarını qarət edəndən sonra öldürüblər

 Leninqrad vilayətində soyğunçuluq və iki Azərbaycan vətəndaşlarının qətli ilə bağlı araşdırma yekunlaşıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı Moldova vətəndaşı Oleq Olemskiy, Özbəkistan vətəndaşı olan qardaşlar – 27 yaşlı Hikmətulla Tursunov və 25 yaşlı İzzətullo Tursunov saxlanılıblar.

Belə ki, onlar ötən ilin fevralın ayının 25-də iki Azərbaycan vətəndaşını aldadaraq vilayətin Kirişi şəhərində yerləşən “Mayak” qaraj kooperativə aparıblar. Orada onları qətlə yetirərək üzərlərində olan 300 min rubl pulu zəbt ediblər. Cinayətin izini itirmək məqsədilə onlar meyitləri avtomobilin yük yerinə qoyaraq yandırıblar.

Araşdırma nəticəsində Azərbaycan vətəndaşlarının əlvan metal alveri ilə məşğul olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın