Menu
Geri İrəli

Sabirabadda qatar “QAZ-31”i vurdu: 2 ölü, 1 yaralı – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2017 • Baxış sayı: 303 dəfə • Şərh yoxdur

131e2623f82abe14bf23391cdc11d791Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, yük qatarı “QAZ-31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib.

Ölənlər Sabirabad rayonu Qardaşkənd kənd sakinləri, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu və 1967-ci il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğludur.

Qəzanın təfərrüatları, xəsarət alan şəxsin kimliyi müəyyənləşdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın