Menu
Geri İrəli

“Sahil” bağında qətl törədən şəxs: “İt arvadıma hürdü”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2015 • Baxış sayı: 713 dəfə • Şərh yoxdur

384dcb2e4e7f889963cf241ceae54f2eYanvarın 6-da “Sahil” bağında qətllə nəticələnən insidentin təfərrüatları məlum olub. Səbayel rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA TV-yə verdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov artıq ilkin ifadə verib. Onun sözlərinə görə, həyat yoldaşı Leyla Çobanova Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır. İnsident sonuncu kurs tələbəsi olan Leyla Çobanova dərsdən çıxıb rəfiqələri ilə evə qayıdan zaman baş verib. “Sahil” bağından keçərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.7 maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın