Menu
Geri İrəli

Salyanda yol terrorunun 7 yaşlı qurbanı: Ayxanın qatili harada gizlənir…

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2017 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur
Share Button

809000Xəbər verdiyimiz kimi ötən gün Salyanda dövlət nömrə nişanı məlum olmayan VAZ 2107 markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən 7 yaşlı uşağı vurub. Virtualaz.org xəbər verir ki, Ayxan adlı azyaşlı aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb, onun qatili isə avtomobillə sürətlə hadisə yerindən uzaqlaşıb. Bu hadisə Azərbaycan yollarında qeyri-peşəkar, yaxud azğın sürücülər üzündən hər gün ölümlə nəticələnən  qətliam kimi qəzaların baş verdiyi bir vaxtda heç kimin diqqətini xüsusi cəlb etməyə bilərdi. Amma nə vaxta qədər? Günahsız insanlar, azyaşlılar nə vaxta qədər bu yol terrorunun qurbanı olacaqlar?

Salyanda baş vermiş bu faciənin dramatik, tükürpədici  tərəfi həm də bundadır ki, avtomobillə vurulan azyaşlının anası Aytəkin Təxirəsalınmaz Tibbi Yardımın Salyan Regional Mərkəzinin tibb bacısıdır. O, həmin gün iki azyaşlı uşağını evdə nənəsinin yanında qoyub növbəyə gedibmiş. Və uşaqlar Bakıdan qonaq getmiş qohumları ilə yaxınlıqdakı ərzaq mağazsına gediblər, bu vaxt sürətlə hərəkət edən avtomobil uşaqlardan birini vurub. Sürücü qaçıb, yaxınlıqdakılar uşağı təcili yardıma çatdırıblar və artıq keçinmiş Ayxanın cansız bədənini baş verənlərdən xəbərsiz olan anası qarşılayıb…

Bu gün Ayxanın yas məclisində iştirak etmək üçün Salyanın  “Plastik” massivində, həyətlərində  qurulmuş yas çadırına baş çəkdik..Görüşdüyümüz hər kəs şokda idi, axı Ayxan dünən bu saatlarda həyətlərində velioseped sürürdü…Bu gün isə o yoxdur, VAZ 2107-nin sükanı arxasında olan, kimliyi hələlik bilinməyən həmin qatilin ucbatından torpağın altındadır. Məhz qatil, çünki hadisənin baş verməsinə dair təfərrüatlar da sübut edir ki, bu, ehtiyatsızlıqdan baş vermiş adi qəza, ölüm deyil. Həmin küçədə çoxsaylı mağazaların olduğu, piyadaların sağa-sola keçdiyi ərazidə avtomobilin yüksək sürətlə idarə edilməsi məhz bilərəkdən ölümə səbəb olma kimi qiymətləndirilməlidir.

Ayxanın atası Sabir Əhmədovun  31 yaşı var, işsizdir. Deyir hadisə baş verən gün həyat yoldaşım tibb bacısı  işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində iş növbəsində olduğundan Ayxan və 4-cü sinif şagirdi olan qardaşı İlkin qonşuluqda yaşayan nənəsinin yanında idilər.

“Bir-iki saatdan sonra həyat yoldaşım işdən çıxaraq uşaqları götürüb evə dönməli idi…Amma hadisədən bir qədər əvvəl bacımın nişanlısı Cavid Abdullayev bizə gəlib. O, uşaqlarla görüşüb, onlarla birlikdə yaxınlıqdakı mağazaya gedib ki, nəsə alsınlar. Və…”-qəhərdən boğulan ata sözlərinə davam edə blmir.

Uşağın vurulmasının şahidi olan 20 yaşlı Cavid isə deyir ki, gələn ayın 23-də nişanlısı ilə toyu olacaqdı. Və Cavidlə yaxınları cehizləri aparmaq üçün Salyana gəliblərmiş..Bu zaman Cavid qərara alır ki, yaxınlıqda yerləşən “Ay İşığı” mağazasından evə bir-iki ərzaq alsın. Amma Ayxan və İlkin təkid edirlər ki, onları da özü ilə mağazaya aparsın.

“Uşaqları həm də gəzdirmək fikri ilə əllərindən tutaraq mağazaya apardım. Elə mağazanın qarşısındakı yolu keçirdik  ki, birdən ağ rəngli VAZ-2107-nin yüksək sürətlə bizə tərəf şığıdığını gördüm.Tez sağ əlimlə tutduğum İlkini yolun kənarına atdım, Ayxanı isə xilas etməyə macal tapmadım.Maşın Ayxanı vuraraq 5-6 metr kənara tulladı , mənim də ayağımı əzdi”-həmsöhbətimiz danışır.

Cavid tez yerdə uzanmış uşağa çataraq onu qucağına götürür, ancaq son nəfəsi olduğunu görür. Hadisəni törədən və  üzərinə taksi işarəsi bərkidilmiş “07” isə 50-60 metr gedərək yanacaq doldurma məntəqəsinin yaxınlığında tormozlayır, ancaq bir-iki saniyədən sonra sürətlə uzaqlaşır.

Cavid deyir ki, artıq həyatını itirmiş Ayxan xəstəxanaya çatarkən onları ilk qarşılayanlardan biri təsadüfən uşağın anası Aytəkin olur…Aytəkin gördüklərindən sarsılaraq huşunu itirir. Amma artıq gec idi…

Onu da qeyd edək ki, Ayxan Salyan şəhər 1 saylı orta məktəbin 1-ci sinifinin rus bölməsində təhsil alırmış, dərslərini də yaxşı oxuyurmuş.Amma onun arzu ları yarışmçıq qırıldı. O bu gün cinayətə səbəb olmuş sürücü məsuliyyətsizliyi ucbatından  “Stansiya” qəbristanlığında torpağa tapşırıldı. Hüquq-mühafizə orqanları 7 yaşlı  məktəblini vurub öldürərək hadisə yerindən qaşmış sürücünün  axtarışlarını davam etdirilər.

Emil Məmmədov

Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın