Menu
Geri İrəli

Salyandakı qətliamla bağlı RƏSMİ MƏLUMAT – MEYİT QALIQLARI ÇIXARILDI

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2017 • Baxış sayı: 537 dəfə • Şərh yoxdur
Share Button


1172adf5ef147638ad96a3b6def12e72Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda törədilmiş ağır cinayətlə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.
Dərhal fakta görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər Üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

******

09:21

Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.

Lent.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, 2014-cü ildə Salyan şəhərinin “Zavod “ məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı – İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.

Hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.

0f94bd6df01fceb952eb24797eabac20328aadc71ba0fc126c61de93649dded0

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın