Menu
Geri İrəli

Şantajla külli miqdarda pul alıblar…

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2015 • Baxış sayı: 356 dəfə • Şərh yoxdur

j

Daxili İşlər Naziriliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri – Güləhməd Mirzəyevlə Natiq Kazımov saxlanılıb.

Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları da müəyyən edilib. Şirvan şəhər sakini Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın