Menu
Geri İrəli

Sarayda kreditini verə bilməyən taksi sürücüsünün FACİƏSİ – TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2017 • Baxış sayı: 389 dəfə • Şərh yoxdur
Share Button

intiharDünən Abşeron rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Saray bağları yaşayış massivində 1964-cü il təvəllüdlü Məmmədov Elşən Mahmud oğlunun özünü asaraq intihar etdiyi ev ona məxsus olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov taksi sürücüsüdür və həmin evdə yaşayan əlil kişiyə xidmət göstərirmiş. O, bir neçə gün imiş ki, ailəsinin yaşadığı evə getmirmiş və həmin əlil kişiyə məxsus ikimərtəbəli evdə qalırmış. Dünən isə sürücünün özünü birinci mərtəbədən asaraq həyatına son qoyduğu məlum olub.

İntiharın səbəbinə gəlincə, E.Məmmədovun bir müddət əvvəl kreditlə avtomobil aldığı və ödənişi vaxtında həyata keçirə bilmədiyi deyilir.

Araşdırmalar davam etdirilir.

*****

10:01

Abşeron rayonunda intihar hadisəsi qeydə alınıb. Lent.az xəbər verir ki, Saray bağları yaşayış massivində 1964-cü il təvəllüdlü Məmmədov Elşən Mahmud oğlu özünü yaşadığı evin 1-ci mərtəbəsində asaraq intihar edib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın