Menu
Geri İrəli

Sarayda qohumlar arasında dava: bir nəfər qətlə yetirildiyetirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2015 • Baxış sayı: 646 dəfə • Şərh yoxdur
Share Button
bicaqqqAbşeron rayonunda qətl hadisəsi törədilib. APA-nın məlumatına görə, hadisə toydan bir gün əvvəl təşkil olunan “ciyər axşamı”nda düşən mübahisə bir nəfərin ölümünə səbəb olub.

 Hadisə Saray qəsəbəsinindəki Rövşən Nəbiyev küçəsi 23 ünvanında qeydə alınıb. Toya hazırlıq görən Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün “ciyər axşamı” məclisi təşkil ediblər. Məclisdə iştirak edən qonaqlardan biri – ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zamanı Arif Ağayev bıçaq çıxarıb. Ev sahibinin başqa bir qohumu, 45 yaşlı Əlibaba Məmmədov dalaşanları ayırmaq istəyib. Bu zaman bıçaq Əlibalanın döş nahiyəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən Arif Ağayev Əlibala Məmmədovun öldüynü gördükdən sonra hadisə yerini tərk edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onun yerinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirirlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın