Menu
Geri İrəli

Şəki İH: “Dağıntılar barədə məlumatlar öyrənilir” – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2015 • Baxış sayı: 551 dəfə • Şərh yoxdur

zelzeleŞəki rayon İcra Hakimiyyəti rayonda baş verən 6 ballıq zəlzələ ilə bağlı açıqlama verib.

İcra Hakimiyyətindən “a24.az”a deyilib ki, hadisə yeni baş verdiyindən dağıntılar bararədə hələlik heç bir məlumat daxil olmayıb. Artıq bütün rayonun ərazilərindən məlumat əldə etməyimiz üçün müvaffiq stukturlara tapşırıqlar verilib. Şəki şəhərinin özündə isə aparılan ilkin müşahidələr nəticəsində hər hansı güclü dağıtı qeydə alınmayıb. Çox güman ki, yaxın saatlarda məlumatlar tam açıqlanacaq”.

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən yaydığı məlumata görə, bu gün saat 09.49 radələrində Şəki arazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.

Həmçinin zəlzələnin təsiri Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində müşahidə edilib.

Amid

Facebook Şərhləndirmə:

Şərhinizi yazın