Menu
Geri İrəli

Şəkidə yanğın olub

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 5 Avqust 2014 • Baxış sayı: 376 dəfə • Şərh yoxdur

images

Ötən axşam saat 21 radələrində Şəkinin Yuxarıbaş hissəsində Giləhli məhəlləsində yanğın hadisəsi qeydə alınıb.
sumqayitxeber.com  Kanal S-ə istinadən bildirir ki, Mustafayev Mirəli Ələsgər oğluna məxsus bağın kənarında 80 kvadratmetr ərazidə kol-kos və məişət tullantıları yanıb, ətrafdakı yaşıllığa da ziyan dəyib. Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun yayılmasının qarşısı alınıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğının baş verməsinə səbəb sakinlərdən birinin bağın yaxınlığındakı zibilliyə od vurması olub. Faktla bağlı Şəki Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır. Yanğının dəqiq səbəbi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın