Menu
Geri İrəli

Sevdiyi qızı sevən oğlanı öldürən sumqayıtlı gəncə hökm oxunub

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2014 • Baxış sayı: 580 dəfə • Şərh yoxdur

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Elşən Əlipənahovun məhkəməsi başa çatıb.

Gün.Az-ın məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə qəsdən adam öldürmədə təqsirli bilinən Elşən Əlipənahov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin iyunun 30-da Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yerləşən hərbi komendaturanın yaxınlığında, dəniz kənarında 1986-cı il təvəllüdlü Elvin İlyas oğlu İsmayılov naməlum şəxs tərəfindən bıçaqlanıb. 10-dan çox bıçaq xəsarəti alan E.İsmayılov hadisə yerində dünyasını dəyişib.

Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Hadisəni törədən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elşən Əlipənahov şübhəli şəxs qismində saxlanılıb.

E.Əlipənahov ifadəsində E.İsmayılovu qız üstündə öldürdüyünü bildirib. Belə ki, hər iki şəxs eyni qızı sevirmiş.

İntiqam Orucov
Gün.Az

mehkeme5

Facebook Şərhləndirmə:

Şərhinizi yazın