Menu
Geri İrəli

Sevgilisi tərəfində qətlə yetirilən qadını Sumqayıta nə bağlayırdı? – MƏHKƏMƏDƏN REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur
Share Button

mehkemeBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sergey Vorobyovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, iyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb.

Araşdırmalar zamanı mayın 31-də həmin qadının S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.

Araşdırmalar zamanı həmin qadının adının Arzu olduğu bildirilsə də, onun şəxsiyyətini tam müəyyənləşdirmək alınmayıb.

Bildirilib ki, S.Vorobyov həmin qadınla mayın əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olublar. Həmin vaxtdan sonra onlar S.Vorobyovla NZS-dəki evində yaşamağa başlayıblar. S.Vorobyov deyib ki, qadın özünü ona Arzu adı ilə təqdim edib və Türkmənistandan doğulduğunu, atasının Sumqayıtda yaşadığını, 15 il əvvəl ailə qurduğunu, uğursuz olan bu izdivacdan 12-13 yaşlı oğlunun olduğunu deyib. Subay olan və tək yaşayan S.Vorobyov öldürdüyü qadınla bağlı başqa informasiyaya malik olmadığını vurğulayıb.

Hadisənin necə baş verdiyinə gəlincə, tək və sərbəst həyat tərzi sürən S.Vorobyovla bir aya yaxın eyni evdə yaşayan həmin qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın S.Vorobyova bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı S.Vorobyov bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. S.Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan yalan danışdığı üzə çıxıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın