Menu
Geri İrəli

“Shacman” minik maşınının üstünə aşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2015 • Baxış sayı: 234 dəfə • Şərh yoxdur

84952

Bakının Binəqədi rayonu ərazisində yük maşınının aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sürücü Elçin Mustafazadənin Səttar Bəhlulzadə küçəsi ilə idarə etdiyi “SHACMAN” markalı yük maşını həmin yolun Əlişir Nəvai küçəsi ilə kəsişməsində gözlənilmədən aşıb. Buna, yolun hərəkət zolağında aparılmış qazıntı işləri səbəb olub. Qazıntının üstü tam doldurulmadığı üçün yük maşınının təkəri boşluğa düşərək aşıb.

Yük maşını aşan zaman yolun kənarında dayanmış “Dodge” markalı minik maşınının üstünə düşüb. Apardığı çınqıl isə yola dağılıb. Hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisənin baş verdiyi ünvanda Binəqədi RPİ-nin DYPŞ-nin müfəttişləri müayinələr aparıb. Yük maşınının sürücüsünün ifadəsi alınıb. Daha sonra dağılmış çınqıl ağır texnika vasitəsilə ilə yoldan təmizlənib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın