Menu
Geri İrəli

Şirvanda Hərbi zavodda partlayış- 19 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2015 • Baxış sayı: 714 dəfə • Şərh yoxdur

Müdafiə Sənayəsi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika zavodunda güclü partlayış baş verib.

“Qafqazinfo” nun məlumatına görə, partlayış nəticəsində yaralananlar var. Hazırda Şirvan rayon Mərkəzi Xəstəxanasına çoxlu sayda yaralılar gətirilib.

***

Musavat.com-un məlumatına görə, qəza zavodun 3-cü sexində baş verib. Burada qadınlar işləyir. Yaralanan və ölən qadınların şəxsiyyəti dəqiqləşdirilir.

***

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramova hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hazırda Şirvan rayon Mərkəzi Xəstəxanasına 19 nəfər yaralı gətirilib: Onların içərisində yüngül və ağır zəhərlənənlər var. Ölənlər barədə hələ ki, məlumat yoxdur. Hazırda təcili tibbi yardım maşınları hadisə yerindədir və yaralıları xəstəxanaya gətirirlər”

***

Şirvan şəhər polis şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, hazırda yaralılar xəstəxanaya gətirilir. Ölənlərin və yaralananların sayı barədə hələ ki, dəqiq məlumat bilmirik. Hazırda yanğın söndürülür”.


Facebook Şərhləndirmə:

Şərhinizi yazın