Menu
Geri İrəli

ŞOK: Tələbə qızın başını bacısı kəsib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2014 • Baxış sayı: 966 dəfə • Şərh yoxdur

bas kesmekÖtən gün günorta saatlarında başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın qatili məlum olub. Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, gənc tələbə qızın başını elə onun öz doğma bacısı kəsib.

Günel Nuriyevanı onun öz bacısı Pərvanə Nuriyeva öldürüb. Bacısını qətlə yetirən Pərvanə Nuriyeva saxlanılıb. Qətlin səbəbi bilinmir. Hazırda istintaq davam edir”, – deyə Şəbnəm Məmmədova bildirib.

Qeyd edək ki, hadisə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.

Qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
Etibar Nuriyev tanınmış biznesmendir.

Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qizlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın