Menu
Geri İrəli

Soyuqdan donmaq istəyməyən şəxsin FACİƏVİ SONU – SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2016 • Baxış sayı: 1,130 dəfə • Şərh yoxdur

fhnBu gecə Sumqayıtda baş vermiş yanğında ölən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Lent.az-ın məlumatına görə, ölən şəxsin 30-35 yaşlı kişi olduğu bildirilir.

İlkin araşdırma zamanı məlum olub ki, evsiz olan və tüfeyli həyat tərzi keçirən şəxs soyuqdan donmamaq üçün binanın zirzəmisinə girib və burada ocaq qalayıb. Daha sonra onu yuxu tutub və qaladığı ocaq daha da şiddətlənib. Binanın tüstüləndiyini görən şəxslər dərhal yanğınsöndürənlərə məlumat veriblər və bundan sonra zirzəmidə həmin şəxsin meyiti tapılıb.

Yanğın vaxtı bina sakinləri təxliyyə olunub və yaşayış evlərinə ciddi ziyan dəyməyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın