Menu
Geri İrəli

Sumqayıt apelyasiya məhkəməsinin hakiminə töhmət verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2017 • Baxış sayı: 686 dəfə • Şərh yoxdur

mehkemeMəhkəmə-Hüquq Şurasının bütün apelyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından SUMQAYİTXEBER.COM-a ildiriblər ki, iclasda ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək dünyada baş verən iqtisadi böhran və təlatümlərə baxmayaraq, ötən il dahi öndərin dövlət inkişafı kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, qətiyyətli iqtisadi islahatlar nəticəsində qlobal böhranın ölkəmizə təsirinin minimuma endiyini, iri həcmli sosial layihələrin uğurla icra olunduğunu diqqətə çatdırıb. Milli Ordumuzun ötən ilin aprel ayında düşmən üzərində qələbəsi və azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılmasının hər kəsdə böyük ruh yüksəkliyi yaratdığı bildirilib.

Ötən il hakimliyə namizədlərin növbəti seçimi təşkil edilib. Nüfuzlu beynəlxalq təsisatlar tərəfindən örnək kimi göstərilən seçim qaydasına uyğun olaraq, namizədliyini irəli sürən 800-dən çox hüquqşünasla şəffaf prosedurlar əsasında, çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə test, habelə yazılı və şifahi imtahanlar keçirilib. İmtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə hazırlanmaları üçün bir illik tədris kursuna cəlb ediliblər.

Qeyd olunub ki, ötən il vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə altı hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən iki nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri məhkəmə fəaliyyətinin təkmilləşməsi, vahid məhkəmə təcrübəsinin və ədalətli cəza siyasətinin formalaşması məqsədilə aparılan təhlillərin və cinayət qanunvericiliyinin humanistləşdirilməsi məsələlərinin aidiyyəti qurumlarla birgə müzakirəsinin, məhkəmə proseslərində müasir texnoloji yeniliklərin tətbiqinin zəruriliyini qeyd ediblər.

Şurada, həmçinin qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt apelyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apelyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın