Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin tələbələrini daşıyan mikroavtobus maneəyə çırpıldı: ölən və yaralananlar var

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2017 • Baxış sayı: 38,965 dəfə • Şərh yoxdur

17198512_10208718274291571_1625857624_n_1489037437

Abşeron rayon Təcili Yardım Stansiyasından lent.az-a bildirilib ki, ilkin məlumata görə, qəzada 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

***

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü  yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

İdarədən qəza nəticəsində xəsarət alanların və dünyasını dəyişənlərin olduğu bildirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın