Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin tələbəsi 17 il müddətinə azadlıqdan məhrum edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2016 • Baxış sayı: 2,330 dəfə • Şərh yoxdur

mehkeme123esasBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə H.Rüstəmov 17 il müddətinə azadlıqdan məhrum edilib. R.Abbaslıya isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, qətl keçən il iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib.
20 yaşlı Hüseyn Rüstəmov Nabrana tələbə yoldaşları ilə birgə istirahətə gəlibmiş. Orda gənclər əylənmək istəyib. Bu zaman onlar yanlarına qız çağırıblar. Əylənəndən sonra qızın dalınca gələn taksi sürücüsü Famil Məmmədovla aralarında ciddi mübahisə düşüb. Taksi sürücüsü tələbələrdən əlavə pul tələb edib. Münaqişə nəticəsində taksi sürücüsü qətlə yetirilib. Hadisə ilə bağlı Ramin Abbaslı və Hüseyn Rüstəmov saxlanılıb. Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), Ramin Abbaslı isə 221 (xuliqanlıq) maddəsi ittiham edilib.
Xatırladaq ki, hər iki şəxs Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın