Menu
Geri İrəli

Sumqayıt Paralimpiya kompleksində yanğın baş verib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2014 • Baxış sayı: 692 dəfə • Şərh yoxdur

paralimpiyaBu gün axşam saatlarında Sumqayıt şəhər 47-ci məhəllə, Niyazi küçəsində yerləşən Paralimpiya kompleksində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından mühafizə xidməti əməkdaşlarının vaxtında edilən müdaxiləsi nəticəsində yanğının qarşısı tez bir zamanda alınıb.

Sumqayıt şəhər FHN Yanğına nəzarət xidmətinin inspektoru Qorxmaz Həsənov xeberle.com-a açıqlamasında bildirib ki, yanğın zamanı 20m2 sahə, 2 ədəd əlil arabası və 1 kondisioner yanıb. Yanğının baş vermə səbəbi barədə hələlik dəqiq məlumat yoxdur. İlkin ehtimala görə yanğın zirzəmidə baş verib. Hadisə zamanı 15 nəfər təxliyyə olunub. Xəsarət alan yoxdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın