Menu
Geri İrəli

Sumqayıt polisi fərdi yaşayış evlərindən oğurluq edən şəxsləri həbs edib (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2017 • Baxış sayı: 431 dəfə • Şərh yoxdur

umqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

SalamNews-a verilən məlumat görə, həyata keçirilən əməliyyat nəticəsində bu cinayətləri törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş şəxslər – Tapdıq İbrahimov və Amil Əzimov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri ərazisində 13 xırda talama cinayətləri etdikləri etiraf ediblər.

T.İbrahimov və A.Əzimovun ətrafında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların Sumqayıt şəhəri ərazisində müxtəlif şəxslərə məxsus 5 mənzildən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı və Corat qəsəbələrində yerləşən bağlar massivində silsilə oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Xandadaş Məmmədov saxlanılıb.
Onun qeyd edilən bağlar massivində 19 fərdi yaşayış evindən məişət əşyaları, pul və qızıl oğurladığı məlum olub.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

din hebs3 din-hebs din-hebs2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın