Menu
Geri İrəli

Sumqayıt sakini bu əməlinə görə tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2017 • Baxış sayı: 677 dəfə • Şərh yoxdur
Share Button

Oktyabrın 29-da saat 19 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Nicat Zeynalova məxsus “Daewoo” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları tərəfindən avtomobilin həmin gün saat 20 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində postda saxlanılıb və onu idarə edən Cəlilabad rayon sakini Sübhan Niftullayevlə birgə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Oktyabrın 26-da isə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən Tofiq Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz Şəhər” Xidməti və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Lələyev və Sumqayıt şəhər sakini Qadir Əliyev tutulublar.

Avtomobil Salyan rayonunda yaşayan Hidayət Sadıqovun həyətindən sökülmüş vəziyyətdə tapılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın