Menu
Geri İrəli

Sumqayıt sakini Lənkəranda icra nümayəndəliyinin əməkdaşını bıçaqlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2017 • Baxış sayı: 639 dəfə • Şərh yoxdur
Share Button

bicaqqqA.İsrafilov. Lənkəran rayonunun Günəhir kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, kənd ərazi icra nümayəndəsinin müavini, 40 yaşlı Mirzəyev Famin Mirhüseyn oğlu bıçaqlanıb.

Hadisə şahidlərinin SalamNews-a verdiyi məlumata görə, Famin Mirzəyevi vuran şəxs Sumqayıt şəhər sakinidir. Bir müddət əvvəl Sumqayıt sakini Günəhir kənd sakini olan qadınla evlənib. Təfərrüatlar açıqlanmasa da, hadisənin mübahisə zəminində baş verdiyi güman edilir.

Müxtəlif bədən xəsarəti alan F.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın