Menu
Geri İrəli

Sumqayıt sakini polislə dalaşdı, damarlarını doğradı

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2017 • Baxış sayı: 754 dəfə • Şərh yoxdur

8e7449b9e4ff59089bd1854e34b5ba45Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib.

sumqayitxeber.com “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Bakı-Sumqayıt istiqamətinə taksi fəaliyyəti ilə məşğul olan Sumqayıt sakini 1990-cı il təvəllüdlü Şahverdiyev Səbuhi Nurəddin oğlu metronun 20 Yanvar stansiyasının yaxınlığında yüksək səslə müştəri çağırıb. Ərazidə xidmət göstərən polis əməkdaşları ona ictimai asayişi pozduğuna görə öz iradını bildirib. S.Şahverdiyev isə onların iradının əsassız olduğunu deyib. Nəticədə mübahisə yaranıb. Bu zaman S. Şahverdiyev qol nahiyəsini kəsərək intihara cəhd göstərib. O, təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra xəsarət alan şəxs evə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın