Menu
Geri İrəli

Sumqayıt sakini qaçırdığı avtomobillə aşıraraq ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2013 • Baxış sayı: 598 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər sakini qaçırdığı avtomobillə ağır qəza törədib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 22-də saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Zaur Səmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişini – həmyerlisi Umudəli Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 Araşdırmalar zamanı qeyd edilən avtomobilin Saatlı rayon sakini Ağabala İsayevə məxsus olması, dekabrın 22-də Sumqayıt şəhəri ərazisindən Z.Səmədov və U.Əliyev tərəfindən qaçırılması müəyyən edilib.

asmis masin

Facebook Şərhləndirmə:

Şərhinizi yazın