Menu
Geri İrəli

Sumqayıt sakini qayınatasını döyərək öldürüb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyun 2013 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur

Sumqayıtda ailədaxili münaqişə ölümlə nəticələnib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə Sumqayıt şəhəri, İnşaatçılar prospektində yerləşən yataqxanada qeydə alınıb. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Şamil Abdulla oğlu Əhmədov onunla barışmaq üçün yaşadığı ünvana gəlib.

Ş.Əhmədov keçmiş həyat yoldaşı Təranə Hüseynovanı zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb və ər keçmiş həyat yoldaşını döyüb. Bunu görən T.Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş.Əhmədov onu da vurub. Nəticədə kəllə-beyin travması alan T.Hüseynov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hazırda polis hadisəni törədən Ş.Əhmədovun tutulması istiqamətində tədbirləri davam etdirir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın