Menu
Geri İrəli

Sumqayıt sakini qəza törətdi: ölənlər var – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2016 • Baxış sayı: 1,819 dəfə • Şərh yoxdur

1465030208_257c8eb43249dad833b173eab4ca015bBu gecə Şabran rayonunda yol- nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bunlar Xaçmaz rayonu, Nərəcan kənd sakini, 53  yaşlı Ramazan Hüseynov və Xaçmaz rayonu, Müzəfəroba kənd sakini, 63 yaşlı Ağarza Bədəlovdur.

Məlum olub ki, hadisə Gəndob-Yalama yolunun 3-cü kilometrliyində qeydə alınıb. Xaçmaz rayon istiqamətində  hərəkətdə olan Sumqayıt şəhər sakini 28 yaşlı Emin Əhmədovun idarə etdiyi 99 XP 011 dövlət nömrə nişanlı DAF markalı yük maşını qarşıdan gələn R. Hüseynovun idarə etdiyi 27 BN 614 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobillə toqquşub. Nəticədə “Ford”un sürücüsü və sərnişini A. Bədəlov ölüb.  Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində  araşdırma aparılır

Facebook Şərhləndirmə:

Şərhinizi yazın