Menu
Geri İrəli

Sumqayıt sakinini bıçaqlayan “zek” tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2014 • Baxış sayı: 479 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, şəhər sakini Ağasəlim Abdullayev bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Rəhimov tutulub. Faktla bağlı cinayət işi başlanıb.

hebs

Facebook Şərhləndirmə:

Şərhinizi yazın