Menu
Geri İrəli

Sumqayıt sakinini döyüb öldürmüş şəxsin məhkəməsi davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 452 dəfə • Şərh yoxdur

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını döyüb öldürməkdə ittiham olunan Kamil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxs qismində dindirilən K.Quliyev ifadəsində hadisə baş verən gün dostları ilə birlikdə kafedə oturduqlarını, mərhum Rahib Zeynalovla aralarında mübahisə düşdüyünü göstərib: “Rahib içkili idi. Məni kəllə ilə vurdu. Mən də onu itələdim, yerə yıxıldı. Sonra maşınla xəstəxanaya apardıq. Səhərisi gün məhlədə eşitdim ki, Rahibin vəziyyəti ağırdı”.

Zərərçəkmiş Bəsti Zeynalova ifadəsində oğlunun xəstəxanada əməliyyat olunduğunu, əməliyyatdan sonra beş ay evdə yatdığını göstərib: “Hadisə barədə danışdıqca “məni döydülər” deyirdi. Zülfüqarın da onu vurduğunu bildirdi”.

 

Zərərçəkmiş ifadəsində oğlu Rahibin uşaq vaxtı avtoqəza keçirdiyini, dalağının çıxarıldığını bildirib: “O vaxt sağaldı, sonradan heç bir problemi olmadı. Oğlumu bu hadisədə vaxtı döyəndən sonra aparıb xəstəxanaya atıb qaçıblar. Hətta xəstəxanada adını da qeydiyyat şöbəsində səhv adla qeydiyyata salıblar. Oğlumun boyununu qırmışdılar. Rahibin özü dedi ki, onu Kamilgil boynundan vurublar. Kamilin anası və bacısına dedim ki, əməliyyata pul lazımdır. Köməklik edin, razı olmadılar. Deyirdi ki, qoy gedib 15 il cəzasını çəksin”.

Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, K.Quliyevin xəsarət yetirdiyi R.Zeynalov məhkəmə dövründə aldığı xəsarətlərdən sonra ev şəraitində olan zaman dünyasını dəyişib.

Məhkəmənin prosesi sentyabrın 14-də davam ediləcək.

Qeyd edək ki, hadisə keçən il Sumqayıtda baş verib. K.Quliyev münaqişə zəminində tanışı Rahib Zeynalovla əlbəyaxa olub. Dava zamanı R.Zeynalov ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

K.Quliyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın