Menu
Geri İrəli

Sumqayıt sakinini öldürən şəxslər məhkəmə zalında həbs edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2016 • Baxış sayı: 701 dəfə • Şərh yoxdur
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və oğurluqda təqsirləndirilən Babək Atamalıyev, Musa Camalov və Hüseynağa Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndiriən şəxslərə hökm oxunub.
hebs23Məhkəmənin hökmü ilə B.Atamalıyev 19 il, M.Camalov 4 il və H.Ağayev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Camalovla H.Ağayev məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında B.Atamalıyevin 20 il, M.Camalovla H.Ağayevin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, qətl hadisəsi bu ilin martın 22-də, gecə saat 01:00 radələrində baş verib. 27 yaşlı Namiq Məmmədov Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.
Həmin fakta görə, Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini B.Atamalıyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
Məlum olub ki, N.Məmmədov doğulduğu gün qətlə yetirilib. Hadisə şahidləri bildirib ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxan N.Məmmədova 3 şəxs yaxınlaşıb və siqaret istəyiblər. N.Məmmədovun onlara siqaret vermək istəməməyi mübahisəyə səbəb olub.
Beləliklə, mərhumu təqib edən həmin şəxslər həyətə girənə qədər onu söyüb təhqir ediblər.
Təhqirlərdən bezən N.Məmmədov həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, siqaret arzusunda olan şəxslərdən biri – 1996-cı il təvəllüdlü B.Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq N.Məmmədovu vurub və qaçıb. Qonşular qatilin arxasınca qaçmaq istəsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib.
N.Məmmədovu öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar.
H.Ağayev və M.Camalov da məsuliyyətə cəlb edilib. Hər iki şəxsin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.
Hadisə günü öldürülən 27 yaşlı N.Məmmədovun ad günü imiş.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın