Menu
Geri İrəli

Sumqayıt sakinləri 30 manata oğurladılar, 17 İL 6 AY həbs cəzası aldılar

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2015 • Baxış sayı: 428 dəfə • Şərh yoxdur

Mehkeme-cekic1Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının hökmünə əsasən N. Məmmədov 6 il 6 ay, Rövşən İsayev 6 il, Vüsal Məhzəyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edə ki ,Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata əsasən, keçən il  noyabrın 16-da paytaxtın Nizami rayonu H.Əliyev prospektində şəxsiyyəti məlum olmayan 3 nəfər Tovuz rayon sakini Vüsalə Əliyevaya zor tətbiq edərək içərisində 30 manatı və 5 türk lirəsi, habelə kosmetik əşyaları olan çantasını alıb hadisə yerini tərk edib.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın