Menu
Geri İrəli

Sumqayıt sakinləri Biləsuvarda narkotiklə tutuldular

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Avqust 2015 • Baxış sayı: 423 dəfə • Şərh yoxdur

Onlardan biri qaça bilsə də ,digəri 2,5 kq narkotiklə saxlanıldı.
hebs23Sumqayıt sakinləri Biləsuvarda narkotiklə yaxalanıblar.

Biləsuvar polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Sumqayıt şəhər sakini, 29 yaşlı Vahidov Saməddin Zöhrab oğlu həmşəhərlisi və tanışı Bəhlul adlı şəxslə cinayət əlaqəsinə girərək Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə yaxın ərazidə narkotik vasitəni əldə edərkən yaxalanıblar.

Bu zaman maşında növbə çəkən Bəhlul aradan çıxmağa nail olsa da, Saməddin saxlanılıb və əlindəki sellofan torbada çəkisi 2,5 kq olan tiryək aşkarlanaraq götürülüb.

Artıq saxlanılan şəxslə bağlı Biləsuvar məhkəməsi tərəfindən 4 aylıq həbs qəti imlan tədbiri seçilib,

Bəhlulun axtarışları isə davam etdirilir. İş üzrə başlanan istintaq dırnnaqarası dostların sayının artacağını istisna etmir. Narkotik vasitənin kimdən əldə edildiyi, kimə çatdırılmalı olduğunu istintaq üzə çıxaracaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın