Menu
Geri İrəli

Sumqayıt şəhər sakininin avtomobilinin üzərinə ağac düşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2014 • Baxış sayı: 515 dəfə • Şərh yoxdur

Güclü külək Bakının müxtəlif yerlərində ağacların aşmasına səbəb olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi rayonu H.Əliyev küçəsində Abşeron rayon sakini Mübariz Əhmədova məxsus “Mercedes” markalı avtomobilinin üzərinə binanın üstündən dəmir parçası düşüb. Xətai rayonu Naximov küçəsində isə Zakir Məmmədova məxsus “Nissan” markalı avtomobilin üzərinə eyvandan şkaf, M.Hadi küçəsində Məmmədtağı Məmmədova məxsus “Opel” markalı avtomobilin üzərinə isə ağac düşüb.

Oxşar hadisə Nərimanov rayonu Ə.Vahid küçəsində də qeydə alınıb. Sumqayıt şəhər sakini Ramin Hacıbalayevə məxsus “Chevrolet” markalı avtomobilin üzərinə ağac düşüb.

Hadisələr nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb, avtomobillərə qismən ziyan dəyib

agac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın