Menu
Geri İrəli

Sumqayıt şəhər sakinlərindən narkotik vasitələr götürülüb

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2017 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şəhər sakini Əsəd Quliyevdən 4,590 qram heroin götürülüb. SalamNews-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyevə narkotik vasitəni satan şəhər sakini, əvvəllər məhkum olunmuş Musa İbrahimov da tutulub. Onun evinə baxış zamanı isə 120,018 qram heroin, 238,907 qram tiryək və 76,583 qram marixuana aşkar edilərək götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın