Menu
Geri İrəli

Sumqayıt şəhər sakinlərinə məxsus avtomobilləri qaçıran radikal dini qrup üzvlərinin məhkəməsi başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Yanvar 2016 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

mehkemeBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər. Dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan silah-sursat götürülüb. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın