Menu
Geri İrəli

Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında qadın meyiti tapılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Avqust 2017 • Baxış sayı: 2,441 dəfə • Şərh yoxdur

meyitBu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.
Hadisə yerinə dərhal Sumqayıt şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu göndərilib. Hadisənin qətl olduğu ehtimal edilir.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın