Menu
Geri İrəli

Sumqayıtda ər keçmiş arvadını və qayınanasını niyə öldürüb? – TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2013 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

qetlDəmir barmaqlıqlar arasında bala həsrəti ilə alışıb-yanan atanın azadlığına elə neçə illər arzuladığı hissləri son qoydu. Milli.Az Sumqayıt şəhərində keçmiş arvadını və qaynanasını öldürən 33 yaşlı Zöhrab Hüseynovu amansız cinayətə vadar edən səbəbi araşdırıb.

“Övladlarımı görməyə getmişdim, keçmiş yoldaşım: “Onların başqa atası var, uşaqlarımın dustaq ataya ehtiyacı yoxdur”, – dedi”. Əllərinin qanını yuyan kimi polisə gedən Z.Hüseynov keçmiş arvadı Tehranə Əmiyeva və onun anasıAdiləni öldürməsinə vadar edən səbəbi belə izah edib.

Sumqayıt Şəhər Polisindən Milli.Az məlumat əldə etdi ki, Z.Hüseynov məhkumluqdan çıxan kimi uşaqlarının keçmiş həyat yoldaşı ilə yaşadığı H.Z.Tağıyev qəsəbəsində yerləşən evinə gedib. Ona uşaqlarla görüşməyə icazə verməyərək qüruruna toxunan sözlər deyiblər. Həmin vaxt geri qayıdan Z.Hüseynov səhəri gün uşaqlar məktəbdə olanda həmin evə gedərək Tehranə və Adiləni qətlə yetirib. İki övladının anası olan Tehranəyə 4 bıçaq zərbəsi vurub.

Qeyd edək ki, ötən gün bir neçə il əvvəl həyat yoldaşından boşanmış 33 yaşlı Sumqayıt sakini Zöhrab Hüseynov içindəki nifrəti daha amansız formada göstərib. O, keçmiş həyat yoldaşı Tehranə Əmiyevanı və onun anası Adiləni öldürüb.  Anar Məmmədov, milli.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın