Menu
Geri İrəli

Sumqayıtda 16 yaşlı oğlan faciəvi şəkildə öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2017 • Baxış sayı: 2,524 dəfə • Şərh yoxdur
Share Button

teciliSumqayıtda 16 yaşlı oğlan dənizdə boğulub.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın