Menu
Geri İrəli

Sumqayıtda 20 mikroavtobus xəttən çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2017 • Baxış sayı: 1,236 dəfə • Şərh yoxdur

marsurut-3Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan mikroavtobuslarla bağlı reydlər keçirib.
Reydlər bütün şəhər ərazisində, xüsusən də avtovağzalda baş tutub.

Sumqayıt şəhər DYPŞ-dən avtosfer.az-a verilən məlumata görə, reydlər nəticəsində 20 mikroavtobus cərimə meydançasına aparılıb. Onların bir çoxunda əlavə oturacaqlar quraşdırıldığı və Bakı-Sumqayıt xətti üzrə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üzə çıxıb.

Həmin mikroavtobuslar arasında “Ford”lar çoxluq təşkil edir. Onların bir çoxunu idarə edənlərin sənədləri qaydasında olmayıb. Bundan başqa, sürücülük vəsiqəsi sərnişindaşıma fəailiyyətinə uyğun gəlməyənlərin də mikroavtobus idarə etməsi halları müəyyən edilib.
Hazırda DYP əməkdaşları Sumqayıt şəhəri ərazisində reydləri davam etdirir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın