Menu
Geri İrəli

Sumqayıtda 34 yaşlı kişi bıçaqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2016 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində qanlı hadisə baş verib. APA-nın məlumatına görə, şəhər sakini 34 yaşlı Elşən Vidadi oğlu Abbasov bıçaqlanıb.Sumqayıtda bıçaqlanan Elşən Abbasovu tanışları Bakıdakı 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətiriblər. 6 bıçaq xəsarəti alan Elşən Abbasov dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir. Hadisə barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat verilib. Yaralı Elşən Abbasovu dindirmək mümkün olmadığından hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın