Menu
Geri İrəli

Sumqayıtda 50 manat borca görə qonşusunu öldürən şəxsə ağır cəza verildi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2015 • Baxış sayı: 403 dəfə • Şərh yoxdur

Mehkeme-cekic1Niyazovla Siracov arasında sözlü mübahisə yaranıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Pərviz Niyazovun (1989-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, bu il iyulun 2-i axşam saat 23 radələrində Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində Pərviz Niyazov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində şəhər sakini Mikayıl Siracova (1988-ci il təv.) bıçaqla xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb.

Mərkəzi şəhər xəstəxanasına aparılarkən yaralı intensiv qanitirmədən vəfat edib. Hadisə yerinə cəlb olunan istintaq-əməliyyat qrupu müvafiq müayinə aparmaqla maddi sübutlar aşkar edib, şübhəli şəxs yaşadığı evdə saxlanılıb. Faktla əlaqədar Sumqayıt ş. prokurorluğunda cinayət işi başlanıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, M.Siracovun ölümünə döş qəfəsinə nüfuz edərək ürək nahiyəsini zədələyən xəsarət fonunda inkişaf etmiş kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, həmin axşam Niyazovla Siracov arasında sözlü mübahisə yaranıb, buna Pərvizin söz verdiyi vaxtda Mikayılın borclu olduğu 50 manat pulu qaytarmaması səbəb olub. Təqsirləndirilən şəxs məhəllədə, skamyada oturduğu vaxt qonşusu ona yaxınlaşıb borcu ilə maraqlanıb, cavab olaraq Pərviz hazırda pulu olmadığını, amma bu günlərdə mütləq pulu olacağanı və həmin məbləği mütləq qaytaracağını deyib.

Amma Siracov pulu bu gün qaytarmalı olduğunu söyləyib və onun ünvanına ağır söyüş işlədib və sabaha qədər vaxt verib. Özünü təhqir olunmuş hesab edən Pərviz ona danışığına fikir verməyi məsləhət görüb və həmin söyüşü özünə qaytarıb, ardınca onlar mübahisələrini davam etdirmək üçün elektrik stansiyasının yanına yollanıblar.

Əlbəyaxa dava zamanı Mikayıl Pərvizin maykasını cırıb, hay-küylərinə qardaşı İsmayıl və anası Firuzə qaça-qaça gələrək, onları ayırıblar. Pərvizi həyətə gətirsələr də, onların ardınca gələn Mikayıl məhəllədə yenə də ünvanına söyüşlər işlədib və əl-qol atmaqda davam edib, qarşıdurmada o təpiklə Pərvizin anasını vurub. Bunu görən Niyazov evə qaçıb və mətbəx bıçağını götürərək geri qayıdıb, o Siracova yaxınlaşıb onun döş qəfəsinə zərbə endirib.

Məhkəmə prosesində Pərviz Niyazov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, qonşusunu qəsdən öldürmək niyyətində olmadığını qeyd edib.

Onun sözlərinə görə, anası ilə qardaşı onları ayırandan sonra, o məhəlləyə qayıdıb və davanı davam etdirmək fikrində olmayıb. Sadəcə arxasınca gələn Mikayıl ondan əl çəkməyib və söyüşlər söyməklə onu yenə də davaya sövq etməyə çalışıb. Siracovun anasını vurması onun qəzəbinə səbəb olub və o, özü də bilmədən evdən bıçaq götürüb Mikayılı vurub. Hadisədən sonra onu evə, yaralını isə xəstəxanaya aparıblar, o evdə polislərin gəlişini gözləyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın