Menu
Geri İrəli

Sumqayıtda ağır qəza: yaralılar var

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2015 • Baxış sayı: 681 dəfə • Şərh yoxdur

qeza2Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “HYUNDAI” və “FORD” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində “HYUNDAI” markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

Əməliyyat saat 15:55-də başa çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın