Menu
Geri İrəli

Sumqayıtda ASAN Xidmətə avtomat patronları ilə girdi – 20 yaşlı gənc SAXLANILDI

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2017 • Baxış sayı: 627 dəfə • Şərh yoxdur
Share Button

asan sumqayit 260513Sumqayıtda 20 yaşlı oğlandan avtomat patronları götürülüb.
sumqayiutxeber.com lent.az-a istinadən xəbər verir ki Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları şəhərdəki ASAN Xidmət mərkəzində texniki nəzarət detektorundan keçən Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Muradov Səbuhi Müşviq oğlunun üzərində patronların olduğunu müəyyən ediblər.

20 yaşlı Səbuhi üzərindəki 8 ədəd avtomat patronu ilə birgə hadisə yerinə dəvət olunmuş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-də araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın